UEFA Avropa Liqasında fasilə başa çatıb. 

Turnirin 1/16 final mərhələsinə İstanbuda start verilib.

“Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. “Fənərbaxça”  turnirin 1/16 finalının ilk oyununda “Lokomotiv” üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanıb.

Gərgin oyunda De Souza dubbla fərqlənib. 

Cavab oyun fevralın 25-də "Lokomotiv" stadionunda baş tutacaq. 

Avropa Liqası

1/16 final, ilk oyun

16 fevral

“Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya) - 2:0

Qollar: De Souza, 18, 72

Baş hakim: Martin Stromberqsson

Yan xətt hakimləri: Daniel Qustavson, Stefan Holberq

4-cü hakim: Maqnus Syöblom

Əlavə köməkçi hakimlər: Boyan Pandziç, Mohammed Al Hakim (hamısı İsveç)

İstanbul, “Şükrü Saraçoğlu” stadionu./apa/