Rusiyanın "Birinci kanal"ında yayımlanan "Uşaq səsi" ("Голос дети") verilişində maraqlı anlar yaşanıb.

Rusiyada yaşayan Azər Nəsibov adlı uşaq öz ifası ilə hər kəsi heyran edib.

Zalda böyük alqışlar qazanan Azər, münsiflərin də ürəyini fəth edib.

Belə ki, Dima Bilan, Leonid Aqutin və Pelageya ona tərəf dönüblər.  

Pelageyanın ona ünvanladığı, "Azərbaycan dilində də mahnı ifa edə bilirsənmi?" sualına Azər Nəsibov ölməz sənətkarımız Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ifa etməklə cavab verib.

Onun bu ifası zalda dəqiqələrcə alqışlanıb.

Qeyd edək ki, Azər Nəsibov münsiflərdən Pelageyanın komandasını seçib./modern/