Məşhur rusiyalı tennisçi Mariya Şarapova orqanizmində istifadəsi qadağan olunmuş preparatın aşkar edilməsini bəyan edib.

Bu barədə M.Şarapova keçirdiyi mətbuat-konfransında bildirib.

“Beynəlxalq Tennis Federasiyasından məktub almışam. Məktubda bildirilir ki, “Australian Open” turnirində götürülən dopinq-test müsbət nəticə verib”, deyə M.Şarapova qeyd edib.

Məşhur tennisçinin orqanizmində 2016-cı iin yanvarında qadağan edilən meldoniy preparatı aşkar edilib.

Mariya Şarapova bildirib ki, 10 il ərzində adıçəkilən preparatı qəbul edib./apa/