Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər.

Bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, xarici siyasət idarələrinin başçıları danışıqları zamanı Suriyada vəziyyətin siyasi həllinin perspektivlərinin müzakirəsini davam etdiriblər.

Vurğulanır ki, Lavrov və Kerri danışıqlar zamanı Rusiya və ABŞ-ın dəstəyi ilə Suriyada müəyyən olunmuş atəşkəs rejiminə tərəfləri dönmədən əməl etməyə çağırıblar./trend/