Britaniyalı BBC kanalının jurnalistləri erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycanın cəbhəyanı rayonlarında olublar.

Telekanal məlumatında qeyd edir ki, bu səfər Azərbaycan hökuməti tərəfindən təşkil olunmuşdur.

Telekanalın jurnalistinin sözlərinə görə, "diqqətlə təşkil edilən" səfər zamanı, bir qrup reportyor erməni təcavüzündən zərər çəkmiş bir neçə kənddə olub və orada artilleriya zərbələrindən dağıdılmış və yanmış evlər ilə tanış olub.

Jurnalistlər həmçinin xəstəxanalara ziyarət ediblər, orada yaralılarla görüşüblər. Onlar həmdə həlak olanların qohumları ilə də görüşüblər./trend/