ABŞ və Avropa İttifaqı Avropada bir sıra enerji infrastruktur layihələrini dəstəkləyirlər.

Bu barədə ABŞ - Avropa İttifaqı Energetika Şurasının bəyanatında bildirilir.

Şuranın iclası ABŞ dövlət katibi Con Kerri və Avropa diplomatiyasının rəhbəri Federika Moqerininin sədrliyi ilə Vaşinqtonda keçirilib. Şura Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri, Xorvatiya və Yunanıstanda təbii sıxılmış qaz terminallarının inşasının vacibliyini vurğulayıb. 

“Şura Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi daxil olmaqla “Cənub qaz dəhlizin”i qətiyyətlə dəstəkləyir”, bəyanatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan qazını Qərbi Avropaya nəql edəcək TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq.  “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqının dəstəklədiyi əsas enerji layihələrindən biridir və Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsi ilə Avropaya nəql olunmasını nəzərdə tutur./apa/