"Qarabağ" və "Neftçi" klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Kubokunun final görüşünün yeri müəyyənləşib.

Kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

25 mayda keçiriləcək görüşdə nominal meydan sahibi "Qarabağ" olacaq.

Final görüşünün başlama saatı ilə bağlı məlumat veriləcək./trend/