Ankara Türkiyəyə qarşı "ikili standartlar"la yanaşmaya görə Avropa İttifaqı (Aİ) ilə sazişləri dayandıra bilər.

Bu barədə Türkiyə Prezidentinin müşaviri Yiğit Bulut bəyan edib.

O bildirib ki, Aİ belə davranışını davam etdirsə, Ankara yaxın zamanlarda çox radikal addımlara əl atmalı olacaq: "Türkiyə Avropa İttifaqı ilə razılaşmaları dondura bilər".

Müşavir bildirib ki, Avropa İttifaqı verdiyi sözə əməl etməlidir.

Xatırladaq ki, martın 18-də Türkiyə-Aİ sammitində qəbul edilmiş sazişə əsasən viza rejimi iyulun 1-dən ləğv olunmalıdır. Sazişin qüvvəyə minməsi üçün Türkiyə 72 bənddən ibarət öhdəlikləri həyata keçirilməlidir. Öhdəliklərin əksəriyyətini yerinə yetirən Türkiyədən terrorizmlə bağlı müddəanın yumşaldılması tələb olunur. Türkiyə isə bunun qeyri-mümkün olduğunu hesab edir.

Avropa İttifaqı rəsmiləri isə bildirirlər ki, vizasız rejim üçün Türkiyə bütün şərtləri yerinə yetirməlidir./trend/