Mayın 23-də axşam saatlarında Ermənistanın paytaxtı Yerevanda və bəzi regionlarında əsən güclü külək çoxlu dağıntılara səbəb olub.

Sürəti bəzən saniyədə 40 metrə çatan külək 135 binanın dam örtüyünü qoparıb, 72 ağacı kökündən aşırıb, 8 qaz və 2 su xəttini sıradan çıxarıb, 6 reklam  şiti aşıb.

Məlumatda qeyd edilir ki, təbii fəlakət zamanı bəzi avtomobil yollarında hərəkət dayanıb, bəzi evlər və qarajlar yanıb. Ermənistanın Fövqəladı Hallar Nazirliyi vətəndaşlara evdən çölə çıxmamaqla ağlı xəbərdarlıq edib.

Son məlumata görə, güclü külək nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan ikisinə yerindəcə yardım edilib, 7 nəfər xəstəxanaya yerləşdirilib./modern/