Rusiyanın Suriya böhranının həllində mühüm bir mərhələ sayılan Konstitusiya danışıqları üçün hazırladığı layihənin başa çatdığı qeyd olunub. 

Yeni Konstitusiyada diqqət çəkən məqamlar var. Məsələn, layihənin ilk maddəsində Suriya Ərəb Respublikasının adı “Suriya Cümhuriyyəti” olaraq dəyişdirilir.

Bir müddətdir müzakirə edilən Suriyanın yeni Konstitusiya layihəsinin Rusiya tərəfindən başa çatdırıldığı  və tərəflərə verildiyi iddia edilib.

Livanda nəşr edilən “Əl Əxbar” qəzetinin xəbərinə görə, yeni Konstitusiya ilə birlikdə Bəşər Əsədin prezident səlahiyyətləri azaldılır, hakimiyyət gücü Nazirlər Kabinetinin xeyrinə yenidən qurulur.

Rusiya tərəfindən hazırlanan layihədə diqqət çəkən məqamlar var. Məsələn, hələ ilk maddədə Suriya Ərəb Respublikasının adının “Suriya Cümhuriyyəti” olaraq dəyişdirildiyi görünür. Digər bir ifadə ilə hazırkı konstitusiyaya haim olduğu bildirilən “sosialist və milliyyətçi” dil dəyişir.

Konstitusiya and içindəki, “sosial ədalət və ərəb millətinin birliyi üçün çalışmaq” qismi də qaldırılır. Bunlar yerinə yeni Konstitusiya layihəsində “sərbəst iqtisadiyyat” və “vətənpərvərlik” terminləri yer alır.

Yeni Konstitusiya ilə yanaşı, ölkənin rəsmi dili ərəb dili ilə yanaşı, bələdiyyələrdə əksəriyyətdə olan etnik birliklərin dillərinin istifadəsi də hüquqi təminata alınır. Etnik və məzhəbi azlıqların qanuni təmsilçiliyinə də ayrıca təminat verir. ABŞ və Rusiya birgə işləməklə yeni Konstitusiyanı avqust ayına qədər yetişdirməyi planlaşdırır./modern/