Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Y. Uşakovun sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dir müzakirələr aparacaqlar.

O, V. Putinin əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüş keçirəcəyini, daha sonra danışıqların üçtərəfli formatda davam etdiriləcəyini qeyd edib:

“Təbii olaraq tərəfimizdən münaqişə tərəflərinə kömək etməklə bağlı aktiv səy göstəriləcək. Biz son hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynamışıq. Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında qeyd olunan prinsiplər əsasında Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə öz vasitəçilik missiyamızı davam etməyə hazırıq”./apa/