Azərbaycan Qardaşlık və İşbirliyi Dərnəyi (AKİDER) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Dr.Asif Kurban və dərnəyin idarə heyyəti üzvüləri tanışlıq məqsədilə İzmirə yeni təyin edilmiş vali, Erol Ayyıldızla görüşmüşlər. 
EVERYTİME.AZ-ın məlumatına görə, görüş əsnasında A.Kurban AKİDER ve DAK haqqında E.Ayıldıza məlumat verərək, bundan öncəki vali bəylədə teşkilat olaraq sıx işbirliyində olduqlarını xatırlatdı. DAK sedri həmçinin İzmirdə yaşayan azərbaycanlılarla bağlı ətraflı məlumat verərək, yeni təyin olunmuş valini öncədən Aydında çalışdığı zamandan tanıdığını, onun gördüyü dəyərli işlər barədə yetərincə məlumata malik olduğunu vurğuladı.
E.Ayıldızda öz növbəsində A.Kurbana təşəkkür ederek, bundan sonrada DAK və AKİDER lə sıx əməkdaşlıq etməyə hazır olduqlarını vurğuladı. Eyni zamanda E.Ayıldız, Dünya Azərbaycanlılarını təmsil eden bir teşkilatın sədrinin İzmirdən olmasının da cox önemli olduğunu vurğulayaraq, buna cox sevindiyini xüsusi ilə qeyd etdi. Və öz növbəsində vali qismində yaxın zamanlarda dernəyi ziyarət etmək isdədiyini dilə gətirən Erol, Ayıldız, Asif Kurbanin dəvətilə AKİDER in verəcəyi iftar süfrəsinə qatılacağını söylədi.
Sonda Vali Ayıldız ziyarət üçün DAK sədrinə və AKİDER-in idarə heyyətinə təşəkkürünü bildirdi.
 

Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi ilə DAK sədri Asif Kurban İzmir valisi Erol Ayyıldızla görüşmüşlər.
Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi ilə DAK sədri Asif Kurban İzmir valisi Erol Ayyıldızla görüşmüşlər.
Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi ilə DAK sədri Asif Kurban İzmir valisi Erol Ayyıldızla görüşmüşlər.