Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçirilməsi nəzərdə tutulan referendumla bağlı bəzi normativ aktlara dəyişiklikləri müzakirəyə çıxarıb.

Trend-in məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, referendumun hazırlanıb keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yaranıb.

MSK 6 normativ xarakterli akta dəyişikliyi müzakirəyə çıxararaq qəbul edib.

İclasda həmçinin 3 və 29 iyun 2016-cı il tarixli iclasların protokolları təsdiq edilib.