Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası "Türk Hava Yolları" (THY)  şirkətinə Lənkəran şəhərinə aviareys açmaq üçün icazə verib.

Administrasiyadan Trend-ə bildiriblər ki, THY müvafiq xahişlə bir neçə dəfə müraciət edib: "Sonuncu belə müraciət yayın əvvəlində olub".

İstanbuldan Lənkərana aviareysin açılması tarixinə gəlincə, Administrasiyadan qeyd ediblər ki, THY uçuşların başlama vaxtını özü seçəcək.