Eryılmaz  bildirib ki, hər zaman türk respublikalarının hamısı Türkiyəyə sarsılmaz könül bağları ilə bağlı olublar: "İkili əlaqələrdə hörmətli prezidentimiz R.Tayyib Erdoğanın fikirləri yönündə Türkiyə liderliyində Türk Birliyini dəstəkləyəcək şəkildə fikrimizi bildirəcəyik".

Eryılmaz Qırğızıstan səfərindən  əvvəl Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Cevdet Yılmaz ilə məsləhətləş aparacağını da ifadə edib: “Bildirmək istəyirik ki, Türkiyəni yıxmağa cəhd edən FETÖ - nün Türk respublikalarında heç bir hörməti yoxdur”.

Eryılmazın Qırğızıstan səfərində TURMEB Xəbər Platformasına daxil olan KİV nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, KİV nümayəndə heyətinin rəhbəri "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" Düşüncə Quruluşunun sədr müavini, “Karabakh Today” Beynəlxalq Analitik İnformasiya portalının baş redaktoru, TURMEB Azərbaycan və Gürcüstan təmsilcisi Oktay Hacımusalıdır.