"Türkiyəni parçalaya, diz çökdürə bilməyəcəklər".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında deyib. 

Prezident vurğulayıb ki, Türkiyə ölkə qarşısındakı bütün təhdidləri aradan qaldıracaq: "Türkiyəni parçalaya bilməyəcəksiniz, bu ölkəni diz çökdürə bilməyəcəksiniz, bu xalqa boyunduruq vura bilməyəcəksiniz".

R.T.Ərdoğan Suriyada terrorçuluğa son qoymağın vaxtı çatdığını deyib:"Suriya xalqı ölkənin gələcəyi barədə özü qərar verməli və rəhbərliyini seçməlidir. Türkiyə əvvəlki kimi Suriyanın ərazi bütövllüyünü dəstəkləyir".

Dövlət başçısı əlavə edib: "Bu gün bizi terror təşkilatları və qiyamçılarla mübarizədə tək qoyanlar eyni problemlərlə qarşılaşanda yardım istəmək üçün üzləri olmayacaq. 12, 13, 14 yaşında uşaqları terrorçu kimi yetişdirirlər. Bunlar lənətlidirlər. Qaziantepdəki son terror hücumu artıq səbr kasamızı daşdırdı".