Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu ordunun Cerablusda apardığı hərbi əməliyyatlara münasibət bildirib.
 
Axar.az xəbər verir ki, orduya uğurlar arzu edən Davudoğlu Suriyanın hər bir şəhərinin terrorçulardan azad ediləcəyini deyib:
 
“Türkiyə Silahlı Qüvvələrinə Fərat çayının qərbində Cerablusa istiqamətli əməliyyatlarda uğurlar diləyirəm. Qəhrəman əsgərlərimizin qəzası mübarək olsun. Başda Hələb olmaqla, Suriyanın hər bir şəhərini qardaş bildik və bu qardaşlığa sonuna qədər sahib çıxacağıq”.