"PYD-YPG" Suriya ərazisində Fərat çayının şərqinə doğru çəkilməyə başlayıb".
 
"Haberturk" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı bildirib.
 
Tərəflər danışıq zamanı ABŞ və Türkiyənin Suriyada terrorçu İŞİD-ə qarşı birlikdə mübarizəsinin davam edəcəyini vurğulayıblar.
 
Qeyd edək ki, "YPG" Fərat çayının şərqinə çəkilməklə bağlı qərarı Demokratik Suriya Qüvvələrinin (DSQ) verəcəyini bildirmişdi. DSQ PYD-YPG-nin başçılığı altında təşkil edilən qruplaşmadır. Bu qruplaşmada əsas söz sahibi PYD-YPG birliyidir.