Suriyada Əsədi müdafiə edən qüvvələr onun yanından uzaqlaşmalıdırlar.
 
Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, Suriyanın hazırkı problemlərinin səbəbi Əsəddir:
 
“Suriyanın yenidən inkişafı Əsədlə mümkün deyildir. Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Əksinə, biz Suriyanın ərazi bütövlüyünə hər kəsin hörmət bəsləməsini istəyirik. Bu vaxta kimi bizim torpaqlara gələn miqrantlara 25 milyard dollar xərcləmişik. Avropa Birliyi isə bunun qarşılığında bizə ancaq 180 milyon avro yardım verib”.