Hollandiyada fəaliyyət göstərən Türk-Azərbaycan Mədədiyyət təşkilatın sədri İlhan Aşqına qarşı bu ölkədə yaşayan ermənilər qondarma cinayət işi açıblar. Bu barədə İ.Aşqın özünün facebooka səhifəsində məlumat verib. "2014 cü ildə ermənilər Almeloda kilsəsinin bağçasında 24 ədəd sözdə erməni soyqırımı anıtı tikməyə başlamışdılar. Hər zaman olduğu kimi bu dəfə də türk təşkilatları ilə birlikdə bu olayı protest etdik. 10 mindən artıq insan səsimizə səs verərək bizimlə meydanlara çıxdı. 1 İyul 2014 cü ildə keçirilən həmin mitinqdə ermənilərin Azərbaycan türklərinə etdiyi dəhşətli məlumat verdim. Hətta ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini Qarabağdan çəkilmədikləri təqdirdə o torpaqları onlara məzar olacaq demişdim. Çünki ermenilər 1992 ci ildə Qarabağ və çevrəsindəki rayonlarımızda uşaq, qadın, yaşlı demədən minlərlə insanımızı ağılalmaz işgəncələr verərək qətl etmişdir. Təəssüf ki bu vəhşiliyi edənlərin arxasınca düşmək əvəzinə həmin faciəni yaşayanların üsyanını dilə gətirdiyim üçün Hollandiya məhkəməsi ifadə almaq və hətta cəzalandırılmağıma dair mənə məktubla müraciət edib" deyə yazan Diaspora rəhbəri minlərcə verdiyimiz şəhidlərdən artıq olmadığını, onunda vətənə borcunu bu cür ödəmək lazım gələrsə sonuna qədər ödəyəcəyini və bununla qürur duyduğunu bildirdi. Məsələ ilə bağlı İ.Aşqınla əlaqə saxladıq o məhkəmədən ona göndərilən məktubda 13-27 İyun 2014 cü il tarixdə haqqımda cinayət işi açıldığını Almelodada 1 İyundakı çıxışım zamanı guya irqçi ifadələr işlətdiyim və buna görə Oost Niderlant polisi haqqımda araşdırma aparmış araşdırma sonunda "bəzi kanıtlar" və ermənilərə qarşı şiddətli ifadələr işlətdiyim bəyan edilərək cəza qanunun 137d lit1 məqaləsinə görə haqqımda cinayət işi açılmışdır. Buna görə də 30 Sentyabr 2016 cı il tarixdə saat 10:00 da Den Haq Polis İdarəsinə çağırılmışam. Həmin məktubda mənə vəkilimlə gəlmək tövsiyyə edilib. Sonda İ.Aşqın bu gün vəkiliylə görüşəcəyini məsələnin gedişatı barədə mətbuata geniş məlumat verəcəyinidə vurğuladı.

1