srailin Türkiyənin paytaxtı Ankaradakı səfirliyinə silahlı hücum olub.

Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, iki silahlı şəxs səfirlik binasına atəş açıb. Polis silahlılardan birini zərərsizləşdirib. Diplomatik korpusun əməkdaşları təxliyə olunub. İnsidentin təfərrüatları barədə məlumat verilmir. Hücum edənlərdən birinin çantası minaxtaranlar tərəfindən yoxlanılır.