Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Kilis bölgəsində İŞİD qüvvələrinə aid hədəflərə zərbələr endirməyə başlayıb.

 

Axar.az xəbər verir ki, "Fərat qalxanı" əməliyyatının 31-ci günündə TSQ terrorçuları "Fırtına" mərmiləri ilə vurur. Kəşfiyyat təyyarələri isə sərhəd zonasında müşahidə uçuşları aparır.

 

Kilis kəndlərində məskunlaşan İŞİD-çilərə qarşı raket zərbələrinin davam etdiyi və terorçuların küncə sıxışdırıldığı qeyd edilib.