Rusiyanın növbəti dəfə Ermənistana əvəzsiz olaraq ən müasir operativ-taktiki silahlar bağışlaması Qafqazın regional təhlükəsizliyi üçün təhdiddir.

Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Ermənistana silahın verilməsini səhv addım hesab edən deputat bildirir ki, hər bir dövlətin digərindən öz təhlükəsizliyinin təminatı üçün silah almaq hüququ var: "Silahlar özünümüdafiə məqsədilə alınır. Ermənistan isə işğalçı ölkədir. əgər işğalçıya silah verilirsə, bu, o deməkdir ki, özünü müdafiə edən ondan daha güclü silahlanmalıdır".

N.Cəfərov qeyd edib ki, Rusiyanın Ermənistana silah verməsi beynəlxalq prinsiplərə ziddir.