Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobilə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 10-a çatıb.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

B. Yıldırım deyib ki, 4-5 ton partlayıcı maddədən istifadə edilməklə törədilən partlayış nəticəsində 8 mülki şəxs həyatını itirib. Baş nazir Türkiyə ordusunun və polisinin ölkə sərhədlərindən kənarda və Türkiyədə PKK terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirdiyi bildirib.

B. Yıldırım deyib ki, ciddi itkilər verən PKK mülki şəxslərin də həyatını itirməsinə yol açan terror aktlarına baş vurduğunu vurğulayıb. O, Türkiyənin terrorla mübarizənin davam edəcəyini söyləyib.

Bu arada olayla bağlı təfərrüatlar da məlum olub. , partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda  magistral yol üzərində olan Durak Jandarma hərbi postu önündə törədilib.

Bomba yüklü maşın hərbi birliyə daxil olmaq istəyib, terrorçular ətrafdan hərbçiləri atəşə tutub. Hərbi birliyə daxil ola bilməyəcəyini anlayan terrorçu-kamikadze post yaxınlığında partlayıcı qurğunu işə salıb./apa/