Təbriz Mərkəzi Zindanında saxlanılan türk fəal Rəsul Rəzəvinin bir həftədən artıqdır aclıq aksiyası keçirdiyi və sağlıq durumunun yaxşı olmadığı bildirilir.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinə istinadən, milli fəal aclıq aksiyası keçirərək ona qarşı çıxarılmış “məhkəmə hökmləri və təhlükəsizlik qurumunun məhkəmə prosesinə müdaxiləsinə” etiraz edir.

Məhbusun yaxınları onun sağlıq durumunun yaxşı olmadığını HRA agentliyinə bildiriblər.

Hüquq müdafiəçiləri Rəsul Rəzəvinin bundan əvvəl də aclıq etdiyinə dair xəbərlər yayıb.

Verilən məlumata görə, bir neçə məhkəmə prosesi ilə qarşılaşmış Rəzəviyə çıxarılmış 6 aylıq həbs cəzası keçən aylarda şərti azadlıqla əvəz edilib, ancaq sonradan təkrar icraya qoyulub.

Təbrizli fəal müxtəlif tədbirlər, o cümlədən, Uyğur Türklərinə dəstək mitinqləri və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.