Bakıda fəaliyyət göstərən "KFC" restoranlar şəbəkəsi ilə bağlı iddia ortaya çıxıb.

Aytəkin Qardaşova adlı xanım müştərilərin istifadə olunmuş plastik su qablarının zibil qutusuna deyil, kassaya təhvil verildiyini görüb. Bir müddət eyni vəziyyəti müşahidə etdikdən sonra xanım yaxınlaşaraq KFC işçilərindən vəziyyəti öyrənməyə çalışıb:

"Sual verdim ki, "İstifadə edilmiş qabları niyə bura yığırsız? Su töküb yenidən istifadə üçün müştərilərə qaytaracaqsız?"

Cavab tapa bilməyən oğlan tutulub qaldı. "Yox, xanım, aparıb "krant"a boşaldacağıq",- deyə bildirdi. Yəni, işçi platsik qabların yuyularaq yenidən istifadə olunduğunu etiraf etdi. Beş dəqiqə çəkmədi ki, qabların hamısını yox elədilər"./milli.az/

Bakıdakı “KFC” ilə bağlı şok iddia - FOTO