Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Rayonun Qam-qam kənd sakini 1975-ci il təvəllüdlü  Asəf Məhbud oğlu Ocaqov, rayonun Cimi kənd sakini 1979-cu il təvəllüdlü Oktay Zərifşah oğlu İsrafilovu bıçaqlayıb.

Nəticədə  ağır bədən xəsarətləri alan O.İsrafilov Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı əməliyyat olunub: "Oktay İsrafilov döş qəfəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş-deşilmiş yarası, qarın nahiyələrinin kəsilmiş-deşilmiş yırtığları, döş qəfəsinin ön səthinin və qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır".

Quba Rayon Polis şöbəsindən bildirilib ki, O.İsrafilovu bıçaqlayan Asəf Ocaqov polis tərəfindən saxlanılıb: "Hadisənin tanışlar arasında yaranan borca görə baş verdiyi ehtimal edilir. Daha dəqiq təfərrüatlar isə aparılan araşdırmalardan sonra bəlli olacaq"./modern/