Qazaxıstanda tutulmuş azərbaycanlının ekstradisiyası üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Vüsal Rüstəmov Qazaxıstanda tutulub.

Onun ekstradisiyası üçün tədbirlər görülür.