Ankara və beynəlxalq koalisiya qüvvələri Türkiyənin Hərbi Hava Qüvvələrinin Mosulun İŞİD-dən azad olunması əməliyyatında iştirak etməsinə dair razılığa gəliblər.  

Bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşık bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin iştirakı olmadan Mosulun gələcəyinə dair qərar çıxarmaq mümkünsüzdür.

İşık həmçinin Ankaranın Mosula dair Parisdə yaxın günlərdə keçiriləcək beynəlxalq görüşə dəvət aldığını  qeyd edib.

“Türkiyənin Mosula dair müzakirələrdə iştirakı təbiidir. Bizim iştirakımız olmadan qərarın verilməsi mümkünsüzdür”, - deyə nazir bildirib./apa/