Noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz rayon Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı" ləqəbli şəxsin 055-634-34-14 nömrəsindən ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.

Araşdırma aparılır.