Rostovda azərbaycanlı satıcı ondan şaurmanı pulsuz tələb edən kişini öldürüb. 

Hadisə noyabrın 19-da baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, gündüz, bir balaca içmiş kişi Lenin küçəsində yerləşən kioskdakı satıcı ilə mübahisə edib.

Qalmaqal səbəb alıcının aldığı şaurmanın pulunu ödəmək istəməməsi olub.

Alıcının israr etdiyini görən satıcı- Azərbaycandan olan 26 yaşlı Aslan Sadıx ət doğradığı bıçağı götürərək onu alıcının sinəsinə saplayıb. Sonra da öz dostunun müşayiəti ilə hadisə yerini tərk edib.

Polis hazırda cinayətkarı axtarır./modern/