Təbriz universitetində “Urmu gölü böhranının ətraf-mühitə təsiri və coğrafi nəticələri” mövzusunda beynəlxalq konfrans keçirilir.

Noyabrın 23 və 24-də keçiriləcək konfransda Amerika Birləşmiş Ştatları, İtaliya, İngiltərə, Türkiyə, Norveç, Malayziya və ölkə daxilindən mütəxəssislər iştirak edəcək.

“Konfrans Katibliyinə göndərilən məqalələrdən 110 elmi məqalə seçilib və tədbirdə iştirakçılarından 12 mütəxəssis geniş elmi məruzə ilə çıxış edəcək.

Bundan əlavə, LANSET üzvlərinin iştirakı ilə iqlim dəyişikliyi mövzusunda panel müzakirələrinin keçirilməsi, Urmu gölünə baxış keçirmək və Təbrizdə gəziyə çıxmaq, konfransın digər proqramları sırasındadır”- deyə Konfransın baş katibi Şəhram Rusatayi bildirib.

Onun sözlərinə görə, Məhəmmədəli Xorşiddust konfransın elmi katibi, Şəhrivər Rustayi İcra Katibi və Əkbər Əsğəri Zamani koordinasiya katibi kimi təyin olunub.