İranın Semnan əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. 

Hadisə nəticəsində daha 100 nəfər yaralanıb. Xəsarət alanların əksəriyyəti  xəstəxanada müalicə alır.

Qeyd edək ki, hadisə bu gün yerli vaxtla 7:40 radələrində Şahrud şəhərində baş verib.

İnsident nəticəsində 4 vaqon relsdən çıxaraq aşıb, iki vaqon isə yanıb./modern/