Təbrizin “Traxtur” futbol komandası növbəti dəfə İran Futbol Federasiyası İnzibati Komitəsinin qəzəbinə tuş gəlib.

Məlumata görə, İnzibati komitə Azərbaycan komandasını tərəfdarları hakimə etiraz etdiyinə görə 80 milyon rial məbləğində cərimə edib.

“İnzibati Komitə super liqa yarışlarının 12-ci həftəsində “Traxtur”la “Pədidən”in oyunu haqda qərar çıxarıb.

“Traxtur” klubu 79-cu maddənin 3-cü bəndinə əsasən 80 milyon rial məbləğində cərimə ödəməyə məhkum edilib”- deyə Futbol Federasiyasının rəsmi saytında bildirilib.

Hökmdə qeyd olunub ki, “Traxtur” tərəfdarları oyunun 91-ci dəqiqəsində hakimə qarşı xoşagəlməz ifadələr işlədiblər.

Qeyd edək ki, “Traxtur”la Məşhədin “Pədidə” komandaları dekabrın 2-də “Traxtur” klubunun xüsusi stadionunda qarşılaşıb.

1:1 bərabər hesabla sona çatan görüşdə Azərbaycan komandasının tərəfdarları hakimin ədalətsiz qərarlarına etiraz ediblər.