Modern.az saytı 2016-cı ilin əsas hadisəsini müəyyənləşdirmək üçün keçirdiyi sorğunu yekunlaşdırıb.

“2016-cı ilin əsas hadisəsi nə oldu?” adlı sorğuda 5 mindən çox oxucu iştirak edib. 

Respondentlərin böyük əksəriyyəti 2016-cı ilin əsas hadisəsi kimi “Aprel döyüşləri”nə səs verərək, onu 1-ci yerə çıxarıblar.   

Oxucularımız manatın daha da dəyərdən düşməsini 2016-cı ilin əsas səs-küylü 2-ci hadisəsi kimi göstəriblər.

Sorğunun nəticələrinə görə, 2016-cı ilin 3-cü əsas hadisəsi Xəzərdə neftçilərin itkin düşməsi olub.
 

Sorğu aşağıdakı nəticələrlə yekunlaşıb.

Azərbaycanda 2016-cı ilin əsas hadisəsi nə oldu?

Neftin kəskin ucuzlaşması (2.47%)

Aprel döyüşləri (57.8%)

Manatın daha da dəyərdən düşməsi (14.8%)

Ərzağın bahalaşması (4.13%)

Referendumun keçirilməsi (2.47%)

İşığın və qazın qiymətinin qaldırılması (4.95%)

Xəzərdə neftçilərin itkin düşməsi (13.2%)