İran Teleradiosu Qərbi Azərbaycan Vilayətinin adını, Azərbaycana qarşı ərazi iddiası olan terror qruplaşmalarının adlandırdığı kimi təqdim edib.

Məlumata görə, Teleradio verilişlərin birində Qurbanəli Səadət Qərbi Azərbaycan valisi deyil, Urmiyə valisi kimi təqdim edib. Teleradionun bu hərəkəti PKK terror təşkilatının iddialarına haq qazandırmaq və onların bölgədə terror və təxribatçı fəaliyyətlərinə yaşıl işıq yandırmaq kimi başa düşülür.

Belə təhriflər İran kütləvi informasiya vasitələrində ilk dəfə deyil, oxşar faktlara bundan öncə də dəfələlə rast gəlinib.

Qeyd edək ki, İran rejimi coğrafi adların necə adlandırılmasına olduqca həssasdır. Bu ölkədə “ərəb körfəzi” sözünün işlədilməsinə təhlükəsizlik məsələsi kimi baxılır.