Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında infrastruktur layihələri gerçəkləşdirməkdə davam edir. 

Növbəti layihə Kəlbəcərin İstisu qəsəbəsində gerçəkləşdirilib.

Daha çox mineral suları ilə məşhur olan qəsəbədə ermənilər “Cermacur-1” su eletrik stansiyasının tikintisini gerçəkləşdirirlər.

Yüksək dağlıq şəraitdə yerləşən stansiya 12,6 MVt eletrik enerjisi istehsal edəcək.

Qarabağ separatçıları gələcəkdə Laçının Hoçaz çayı üzərində də kiçik su eletrik stansiyası inşa etməyi planlaşdırır./modern/