Azərbaycanlı millət vəkili gələn il (hicri-şəmsi təqvimi ilə 1996-cı il) üçün büdcə layihəsində Şərqi Azərbaycan vilayətinə ayrılan vəsaitin azaldılması ilə bağlı öz narahatlığını bildirib. 

 ““1996-cı” il büdcə layihəsində Şərqi Azərbaycana ayrılan vəsaitdə 18.5 faiz azalma müşahidə olunur., vilayətin vergi səhmi isə 13.9 faiz artırılıb. Hətta büdcə vəsaitinin azaldılması ilə vergi səhminin artırılması arasında mütənasiblik də yoxdur. Bu problemi vaxt itirmədən həll etmək lazımdır”- deyə Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar jurnalistlərə açıqlayıb.

“Büdcə layihəsi təsdiq edilmədən bu problemi aradan qaldırmaq lazımdır” deyə vurğulayan millət vəkili yerli məsullara müraciət edərək onlara qarşıdakı problemlə bağlı məlumat verib. O bildirib ki, layihəyə yenidən baxılması üçün dərhal hərəkətə keçib və lazımi işlər görməlidir.

Qeyd edək ki, son günlərdə Şərqi Azərbaycan vilayətinin bir neçə sənaye müəssisəsi və bu sahədə fəaliyyət göstərən dərnəklər Təbrizin millət vəkili Məsud Pezeşkiyana müraciət edərək vergi dərəcəsi səviyyəsinin 13.9 faiz artırılması ilə bağlı öz nigaranlıqlarını bildirib və bunun ağır iqtisadi nəticələri ilə bağlı xəbərdarlıq ediblər./gunaz.tv/