Güney Azərbaycanın Ərdəbil şəhərində bir kişi şiddətli keçimsizlik və imkansızlıq səbəbindən özünü yandırıb.  

Özünüyandırma faktı yanvarın 14-ü yerli vaxtla saat 14 radələrində Ərdəbil Ticarət Palatasının binası qarşısında qeydə alınıb.

İntihar etmək məqsədi ilə özünü yandıran şəxsin Təbriz xəstəxanalarının birinə çatdırıldığı və həkim nəzarətinə alındığı bildirilir, onun bədəninin 60 faizi yanıb.

Məlumata görə, hadisə şahidləri baş verənləri anbaan kameraya çəkib, lakin idarənin təhlükəsizlik bölümünün məmurları bütün telefonları toplayaraq materialları siliblər.