Fransada nəşr olunan nüfuzlu “Outre-Terre Revue française de géopolitique” jurnalının sonuncu nömrəsi Avrasiya regionuna həsr edilib.
 
Jurnalda Fransanın və dünyanın nüfuzlu alim və tədqiqatçıları ilə yanaşı 3 Azərbaycanlı tədqiqatçının da məqalələri yayınlanıbr. Qeyd edək ki, jurnalın baş redaktoru Paris Sorbonne Universitetinin professoru Mişel Korinmandır.
 
Musavat.com-a verilən məlumata görə, nüfuzlu beynəlxalq nəşrdə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlının müəllifi olduğu “Azərbaycanın enerji strategiyası”, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, elmlər doktoru Nazim Cəfərovun müəllifi olduğu “Azərbaycan-Rusiya münasibətlərində geomədəni amillər”, Milli Məclis Aparatı Analitik informasiya şöbəsinin müdir müavini, elmlər doktoru Hatəm Cabbarlı və Araz Aslanlı tərəfindən birgə qələmə alınan “Türkiyə-Azərbaycan: ideoloji  bağlar yoxsa strateji münasibətlər” adlı əsər yer almışdır.
 
Azərbaycanlı tədqiqatçıların əsərlərində Azərbaycanın xarici siyasətinin ümumi strukturu, konkret olaraq enerji siyasətinin əsasları, qonşu dövlətlərdən xüsusilə Türkiyə və Rusiya ilə olan münasibətlər geniş təhlil edilmiş, gələcəyə dair mülahizələr yürüdülmüşdür.
 
Məqalələrlə burada tanış olmaq mümkündür:
 
http://www.cairn.info/revue-outre-terre-2016-3.htm
 
http://www.cairn.info/revue-outre-terre-2016-3-p-315.htm
 
http://www.cairn.info/revue-outre-terre-2016-3-p-326.htm
 
http://www.cairn.info/revue-outre-terre-2016-3-p-342.htm