Yanvarın 16-ı günortadan sonra azərbaycanlı milli-mədəni fəal Qulam Qulizadə Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Hələlik fəalın tutulma səbəbi və harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.

Azərbaycanlı fəal İran parlamentində Türk Bölgələri Fraksiyasının yaradılması uğrunda cəhd göstərib və bununla bağlı dəfələrlə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi tərəfindən təhdid edilib.

Adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxrəlif təzyiqlərə məruz qalıb.