Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp özünün Tvitter hesabından İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib. 

Tramp şəxsi səhifəsində aşağıdakıları yazıb:

"İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!".

İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Cavad Zərif isə öz növbəsində bildirib ki, bu təhdidlərin İrana təsiri yoxdur: “Biz təhlükəsizliyimizi xalqdan alırıq. Heç vaxt müharibəyə təşəbbüs etməyəcəyik, lakin öz müdafiəmizə güvənə bilərik”.

Tramp administrasiyası İranın ballistik raket sınağına cavab olaraq çox sayda fiziki şəxs və onlarla şirkətə qarşı sanksiya tətbiq edib. Məlumatı dünən Maliyyə Nazirliyi yayıb.