Təbrizin “Traxtur” futbol komandası ən önəmli görüşlərindən birinə hazırlaşır.      

İran üzrə futbol klublarının super liqa yarışlarının 20-ci həftəsində keçiriləcək yarışda “Traxtur” Tehranın “Perspolis” komandası ilə qarşılaşacaq.

Super liqa çempionluğu uğrunda mübarizə aparan komandaların qarşılaşması fevralın 5-i yerli vaxtla saat 15:00-da Tehranın Azadi stadionunda başlayacaq.

“Traxtur”-“Perspolis” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, “Traxtur” klubunun icraçı direktoru ötən günlərdə “Perspolis”lə görüş haqda öz nigaranlığını bildirib. Mustafa Acorlu İranın gənclər və idman nazirinə yazdığı məktubda Azərbaycan komandasına qarşı həyata keçirilən ayrı-seçkiliklərdən söz açıb.

“Son həftələrin proqramı elə müəyyən edilib ki, birinci olaraq “Traxtur” yarışları keçirilir, “Perspolis” isə oyunların nəticəsini bildikdən sonra meydana çıxır. Bu qəbulediməzdir”- deyə məktubun bir hissəsində qeyd olunub.