Rusiya Statistika Xidməti 2016-cı ildə ölkə vətəndaşlığını qəbul edən əcnəbilərin siyahısını hazırlayıb. 

Açıqlanan statistik informasiyaya əsasən, 265 319 əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. 

Onların 3,7% yaxud 9 885 nəfəri Azərbaycan vətəndaşı olublar. Bu göstərici ilə azərbaycanlılar 8-ci pillədə qərarlaşıblar. 

Ən çox Rusiya vətəndaşlığını qəbul edən əcnəbilər arasında Ukrayna (100 696), Qazaxıstan (37 837), Özbəkistan (23 216), Tacikistan (23 012), Ermənistan (22 264), Moldova (17 397), vətəındaşlığı olmayan şəxslər (11 042), Azərbaycan (9 885), Qırğızıstan (9 315), Belarus (3 582) vətəndaşları təşkil edir./modern/