Martın 9-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, hərracda və hərraca qədər banklararası valyuta bazarında bağlanmış əqdlər üzrə orta çəkili məzənnə 1,7431 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralın 9-na USD/AZN rəsmi məzənnəsi 1,7563 səviyyəsində müəyyən olunub.