Azərbaycanın Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Bəyanatda deyilir: “Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə 2017-ci il aprelin 9-da Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir”.