Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov İspaniyanın Barselona şəhərində keçirilən Krans Montana Forumunun qızıl medalı ilə təltif olunub.

Bu mükafat Ramil Həsənova Türk Şurasına üzv dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin qurulması, o cümlədən rəhbərlik etdiyi təşkilatın dünyada sülh və sabitliyin qorunmasına göstərdiyi səylərə görə verilib.

Mükafat ona Barselona şəhərində keçirilən Krans Montana Forumunun 28-ci illik sessiyasının bağlanış mərasimində təqdim olunub./azertag.az/