Bakının Ziya Bünyadov prospektində baş vermiş yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb.

3-ü bir ailənin üzvləridir. Nərimanov Rayon Polis İdarəsində APA-ya verilən məlumata görə, qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, "Opel" markalı avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.