Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə Urmu Gölünü Canlandırma Mərkəzini tənqid atəşinə tutub.

“Nəsr news”un yaydığı məlumata görə, N.Qazipur prezidentə xitabən kənd və şəhərlərin kanalizasiya suyunu təmizləmədən Urmu gölünə axıdan Urmu Gölünü Canlandırma Mərkəzinin ləğv edilməsini tələb edərək, bu qurumun artıq Azərbaycanın ölüm mərkəzinə çevrildiyin deyib.

O həmçinin Urmiyə-Üşnəviyyə, Urmiyə-Təbriz, Urmiyə-Türkiyə sərhəddi və Urmiyə-Sulduz üçyolunadək gedən yolların əhalinin qətliam mərkəzinə çevrilməsi ilə bağlı Enerji nazirinə xəbərdarlıq edərək problemin həl edilməsini tələb edib.

Parlamentin mədən və sənaye komissiyasının üzvü Kənd Təsərrüfatı nazirinə də xəbərdarlıq edib: “Cənab Höccəti Allahdan qorx! Tehranda ev almaq yerinə məzlum əkinçilərinin buğda pulunu ödəyin.”

N.Qazipur Yol və Şəhərsalma nazirini də tənqid edib. O bildirib ki, nə üçün fəhlələrin yaşayış məntəqəsini ictimai yaşayış məntəqəsi adlanan yerə intiqal etdiniz, lakin daş daş üstə qoymadınız?!

Azərbaycanlı millət vəkili sözlərinin sonunda prezidentə səslənərək deyib ki, nə zaman Elm, tədqiqat və texnologiyalar naziri postuna bir azərbaycanlının gətiriləcəyi barədə qərar veriləcək?

Millət vəkili həmçinin Sənaye və Mədən nazirindən indiki ağır vəziyyətdə qida məhsullarının bahalaşması ilə bağlı izah tələb edib.