Təbrizli rejissorlar əkiz Bəhram və Bəhmən Ərk qardaşlarının “Heyvan” filmi Amerika Birləşmiş Ştatlarında “Fantastic Fast” festivalında yarışacaq.

Kann Film Festivalı, Kanada, Portuqaliya, Sarayevo, Melburn, Cinema Jove İspaniya və Kalqari festivallarında yarışan “Heyvan” filmi, “Fantastic Fast” festivalında İran kinoteatrını təmsil edən yeganə film olacaq.

Festivalda dünyanın müxtəlif ölkələrindən olan çox sayda qorxulu, elmi-fantastika və hərəkət filmləri təqdim olunacaq.

13-cü “Fantastic Fast” festivalı sentyabrın 21-dən 28-dək Amerikanın Texas ştatında keçiriləcək.

Bəhmən və Bəhram

Ərk qardaşlarının (Bəhmən və Bəhram) “Heyvan” filmi Kann Film Festivalının Cinéfondation Seçiminin ikincilik mükafatına layiq görülüb. “Heyvan” filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.

Bəhmən və Bəhram Ərk daha əvvəl türk dilində uzun metrajlı “Soyuq” filmini çəkiblər. Təbrizdə çəkilmiş "Soyuq" filmi İranın Uşaq Filmləri Festivalında “Ən yaxşı rejissor işi” (Bəhram və Bəhmən Ərk) və “Ən yaxşı qadın rolu” (Nəsrin Muradi) kateqoriyaları üzrə mükafatlardan başqa həm də “Münsiflər Heyətinin Xüsusi mükafatı”nı alıb.